Prezident Buş qlobal terrora qarşı hər iki cəbhədə irəliləyişin olduğunu bildirib - 2003-03-08

Birincisi, Amerika və Pakistanın rəsmi nümayəndələri sentyabrın 11-i ölkəmizə qarşı hücumları planlaşdıran Xalid Şeyx Məhəmmədi ələ keçirdilər. İkincisi, Birləşmiş Millətlər Təşkilatının silahlar üzrə baş müfəttişi dünən Təhlükəsilik Şurasına Səddam Hüseynin 14-41 nömrəil qətnaməni yerinə yetirməsilə bağlı sə’yləri haqda mə’lumat verdi. Bu qətnamənin şərtlərinə görə, İraq nüvə, kimyəvi və bioloji silahlar, habelə onlardan istifadə etmək üçün işdilə bilən qadağan olmuş raketlərdən tam və qeyd-şərtsiz tərksilah olmalıdır. Təəssüf ki, aydındır ki, Səddam Hüseyn BMT-nin tərksilah tələblərini indiyə qədər pozur. İraq diktatoru qadağan olmuş bir neçə raketi məhv ettdiyini ictimiayyətə göstərdi. Lakin kəşfiyyat mənbələrinin mə’lumatlarına əsasən, bu bir neçə raketi məhv etməklə bərabər, o, eyni zamanda eyni tipli raketlərin istehsalı haqda əmr verib. İraqın agentləri hər 12 saatdan 24 saat arasında qadağan olunmuş materiralları bir yerdən o biri yerə keçirərək müfəttişlərlə oyun oynayırlr. Bunlar tərksilah olan rejimin attığı addımlar deyil. İraq rejimi tərksilah olsaydı, biz bunu görərdik; İraq silahlarını müfəttişlərə təhvil verib onları məhv edərdi. Müfəttişlərə əlavə vaxt lazım deyil. Onlara lazım olan heç vaxt görə bilməkdikləri İraq rejiminin tam əməkdaşlığıdır. Yeganə yol Təhlükəsizlik Şurasında yekdilliklə səsvermədə qəbul edilmiş qərarın yerinə yetirilməsidir: tam tərksilah olmaq. 2001-ci ildə senyabrın 11-i hücumları Amerikanın düşmənlərinin dörd təyyarə ilə nə edə bildiyini göstərdi. Biz terrorçuların, ya da terrorçu dövlətlərin kütləvi qırğın silahları ilə nə edə biləcəklərini gözləyə bilmərik. Biz təhlükə haradan gəlsə, onun qarşsıını almaq əzmindəyik. Son vasitə kimi biz hərbi qüvvədən istifadə etmək istəyirik. Biz İraqla müharibənin qarşısını almaq üçün hər şeyi edirik. Lakin Səddam Hüseyn dinc yolla tərksilah olmasa, biz onu zorla təkrsilah edəcəyik. Bizim məqsədimiz sülhdür, xalqımız üçün, dostlarımız, müttəfiqlərimiz və Yaxın Şərqın xalqları üçün. Sülhə terrorçular arxalarını itirdikdə və diktator tam tərksilah olduqda nail olunacaq.