Məhəmməd Baradei İrandadır - 2003-02-21

Beynəlxalq Atom Enerji agentliyinin direktoru Məhəmməd Bradei Birləşmiş Ştatların nüvə silahları proqramı inkişaf etdirdiyindən şübhələndiyi nüvə obyektlərinin yoxlanışı məqsədi ilə İrandadır. Məhəmməd Bradei İrana kiçik bir texniki ekspert dəstəsi ilə getmişdir. Agentliyin nümayəndəsi Melissa Fleming səfərin məqsədinin İranın mərkəz bölgəsində yerləşən həmin nüvə sahələrinin mahiyyətinin araşdırılması olduğunu deyir. “ Onlar prezident Məhəmməd Xatəmi də daxil edilməklə, yüksək səviyyəli danışıqlar keçirəcək, hazırda tikilməkdə olan iki müsəssisədə olacaqlar”-deyə xanım Fleming bildirmişdir.Buş administarasiyası bu sahələrin nüvə silahlarının istehsalı üçün lazım olan hissələrinin hazırlanması üçün tikildiyindən əmindir. Tehran isə İranın heç bir gizli nüvə proqramına malik olmadığını və bütün nüvə fəaliyyətlərinin yalnız qeyri-hərbi mahiyyət daşıdığını bildirir. Xatırladaq ki, İran silahların yayılmasının qarşısının alınması ilə bağlı sazişdə imzası olan ölkələr sirasındadır. Beynəlxalq Atom Enerji Agentliyi isə İranın hazırda İraqda aparılan silah yoxlanışı kimi təştişlərə yol verəcək yeni bir protokol imzalamasını istəyir.