Rays BMT-ni Səddam Hüseyni tərksilah etməyə çağırır - 2003-02-16

Birləşmiş Ştatların milli təhlükəsizlik məsələləi üzrə müşaviri Kondoliza Rays BMT-ni İraq lideri Səddam Hüseyni tərksilah etməyə çağırıb. Bu gün NBC televiziya şirkətinə müsahibədə xanım Rays İraq böhranın uzun müddət davam edə bilmədiyini bildirmişdir. Milli Təhlükəsizlik məsəlləri üzrə müşavirin dediyi kimi, buna sona qoymağın vaxtı gəlib çatıb.” Bu arada, Taym jurnalına müsahibədə Fransa prezidenti Jak Şirak bildirib ki, BMT müfəttişlərinə daha artıq vaxt verilməlidir. Jak Şirak bildirib ki, İraqla bağlı BMT-nin ikinci qətnaməsinə hazırda ehtiyac yoxdur, lakin bununla belə, o, BMT-nin tələbləri yerinə yetirilməsə, hərbi qüvvədən istifadə edilməsi ehtimalının da möcudluğu üzərində dayanıb.