Vaşington Post qəzetinin yazdığına görə, prezident Buş idarəsinin rəsmi nümayəndələri keçən ay Avropada İranın rəsmiləri ilə İraq məsələsini müzakirə ediblər. Qəzet Amerikanın rəsmi şəxslərinə istinadən yazıb ki, onlar İranın humanitar məsələlərə kömək etməsini və Amerikanın İraqa qarşı mümkün hərbi əməliyyatlarına müdaxilə etməməsini istəyirlər. İranin Ali dini rəhbəri Ayətullah Əli Xəmenei İran inqilabının ildönümü münasibətilə çıxışında bu məsələyə toxunmamış və bildirmişdir ki, Birləşmiş Ştatların İran körfəzinə nəzarət etmək istəyir. O demişdir ki, Vaşington İraqın neft ehtiyatlarına nəzarət etmək üçün Bağdadı hərbi müdaxilə ilə hədələyir.