Birləşmiş Ştatların dövlət katibinin silahlara nəzarət məsələləri üzrə müavini Con Bolton bildirib ki, Çin Şimali Koreyanın nüvə silahları istehsalı sə’ylərilə bağlı məsələnin BMT-nin Təhlükəsizlik Şurasına çıxarılmasına e’tiraz etmir. Yüksək səviyyəli rəsmi nümayəndə bu bəyanatı Çinin rəsmi nümayəndələrlə uzun danışqlardan sonra vermişdir.
Dövlət katibinin müavini Con Boltonun bildirdiyinə görə, Pekin belə görünür, Birləşmiş Ştatlar və digər dövətlərin sə’ylərinə qoşularaq Şimali Koreya ilə bağlı problemin BMT-nin Təhlükəsizlik Şurasında nəzərdən keçirilməsinə çalışacaq. “Mən məsələnin Təhlükəsizlik Şurasına çıxarılması məsələsində heç bir ciddi e’tirazla qaşılaşmadım.”
Çinin bu məsələdə razılığı vacibdir. Belə ki, Pekin Təhlükəsizlik Şurasında veto qoymaq hüququna malikdir. Con Boltonun dediyinə görə, BMT-nin nüvə silahlarına nəzarət edən komitəsi-Beynəxalq Atom Enerji agentliyi bu həftə məsələni Şuraya təqdim etməlidir. BMT-nin Təhlükəsizlik Şurası BMT-nin qərarlarına tabe olmamağa davam etsə Şimali Koreyaya qarşı sanksiyalar tətbiq edə bilər. Lakin cənab Boltonun bildirdiyinə görə, Çin və Birləşmiş Ştatlar sanksiyalar məsələsini müzakirə etməmişlər. Şimali Koreya sanksiyaları “müharibə e’lan ediməsi” kimi qəbul edəcəyini bildirib.