Yaponiya və Rusiya razılığa gəlirlər - 2003-01-10

Yaponiya və Rusiya İkinci Dünya müharibəsinə formal olaraq son qoymuş sülh sazişi ilə bağlı razılığa gəlmək sə’ylərini fəallşdıracaqlarını bildiriblər. Rusiya prezidenti Vladimir Putin və Yaponiyanın baş naziri Yuniçiro Koizumi Kuril adaları ilə bağlı uzun sürən ərazi mübahisəsi haqda həlli üçün birgə əməliyyatlar planının hazırlandığını bəyan ediblər. İki ölkə liderinin Moksva görüşü zamanı habelə Şimali Koreyanın nüvə proqramları müzakirə edilmişdir. Baş nazir Koizumi 1998-ci ildən Yaponiyanın Rusiyaya səfər edən ilk baş naziridir.