Ərəb namizədlər İsraildə yanvar seçkilərində iştirak edəcək - 2003-01-09

İsrailin Ali məhkəməsi İsailli iki ərəb qanunvericinin yanvarın 28-də parlament seçkilərində iştirakına izacə verib. Bununla Mərkəzi Seçki Komissiyasının ərəb namizədlər Əhməd Tibi və Əzmi Bişaranın İsrailin düşmənlərinə dəstək vermələri səbəbilə seçkilərdə iştirakına qoyduğu qadağa aradan qaldırılır. Bununla yanaşı, məhkəmə müdafiə naziri Şaul Mofazın seçkilərdə iştirakına icazə verilməsi haqda müraciətini rədd edib. Məhkəmə bildirib ki, keçmiş qərargahlar rəisi siyasətlə məşğul olmaq üçün ordudan kifayət qədər ayrı olmayıb. Bu arada, yeni ictimai rə’sy sorğuları baş nazir Ariyal Şaron ətrafında rüşvətxorluqla bağlı qalmaqala görə, hakim Likud partiyasına dəstəyin azaldığını göstərir.