Fransalı alim Brigit Boasilye klonlaşdırma yolu ilə yaranmış ilk uşağın anadan oldiğunu bildirib. Floridada keçirilən mətbuat konfransında “Clonaid” kopyalama şirkətinin əsasını qoyan kimyaçı alim ilk klonlaşdırılmış uşağın sağlam və çəkisinin 3,2 kiloqram olduğunu demişdir. 31 yaşlı anasının tayı olan Eve adlı klonlaşdırılmaış qız dünən anadan olmuşdur. Brigit Boasilye uşağın Birləşmiş Ştatlardan xaricdə anadan olduğunu bildirmişdir. Hələlik alimin bildirkdikləri müstəqil mənbələr tərəfindən təsdiq olunmamışdır. İnsan embrionunun tayı bundan əvvəllər də yaradılmışdı, lakin bu, klonlaşdırılmış hüceyrədən yaranıb doğulan ilk uşaqdır. “Clonaid” şirkəti Raelitlər dini qrupunun üzvləri tərəfindən 1997-ci ildə yaranmışdır. Raelitlər Yer kürəsində həyatın digər qalaktikalardan gəlmiş insanlar tərəfindən kolnlaşdışrma yolu ilə laboratoriyaalrda yarandığına inanırlar.