Prezident Əliyev: LUKOYL öz vəzifəsini yerinə yetirməlidir - 2002-12-23

Azərbaycan prezidenti Heydər Əliyev bildirib ki, Rusiyanın enerji nəhəngi LUKOYL öz payını Yaponiya şirkətinə satsa da, Azərbycan qarşısında müəyyən vəzifələri yerinə yetirməlidir. Bakıda Yaponiyanın Azərbaycandakı səfiri Toşiyuki Fucivara ilə görüşən prezident Heydər Əliyev bu vəzifənin nədən ibarət olduğunu açıqlamamışdır. Prezident Əliyev onu qeyd etmişdir ki, LUKOYL-la danışıqların aparılması zəruridir. LUKOYL Xəzər dənizində Azəri-Çıraq-Günəşlil yatağında 10 faizdən ibarət payını Yaponiyanın İNPEX şirkətinə 1,4 milyard dollara satmışdır.