Reaktorun nüvə silahı istehsalında lazım olan plutoniumun əldə edilməsi üçün işlədildiyi bildirilir. Beynəlxalq Atom Enerjisi agentliyi, Birləşmiş Ştatlar və Cənubi Koreya Pxenyanı nüvə zavodunu işə salmamağa çağırırlar. Şimali Koreya BMT-nin Yonqbyonq reaktorunda yerləşdirdiyi nüvə yoxlama qurğusunu sıraddan çıxarıb. Beynəlxalq Atom Enerjisi Agentliyi inanır ki, nüvə obyektində 1994-cü ildə Birləşmiş Ştatlarla reaktorun bağlanması haqda əldə olunmuş razılığa qədər plutonium istehsal olunurdu. Agentlik bildirir ki, Şimali Koreya reaktordakı avandanlığın möhürlərini açmış və beş meqavatlıq reaktorlardan birində kameraları yararsız vəziyyətə salmışdır. Şimali Koreya isə bildirir ki, Atom Enerjisi Agentliyi Pxenyanın avadanlığın aparılması haqda xahişinə əməl etməmişdir. Bu ayın əvvəli Şimali Koreya Birləşmiş Ştatlar və müəttəfiqlərin yoxsul ölkəyə yanacaq yardımını kəsdiyinə görə öz nüvə obyetklərini işə salmağa məcbur olduğunu bildirmişdi. Yardım Şimali Koreyanın 1994-cü il sazişini pozaraq nüvə silahı istehsal etmək üçün zənginləşdirilmiş uran proqramına malik olmasını e’tiraf etməsindən sonra dayandırılmışdı. Beynəlxalq ictimiayyət hadisələrə dərhal reaksiya vermişdir. Vaşinqtondan Dövlət Departamentinin nümayəndəsi Lu Fintor Buş admisntarasiyasının Pxenyanı dondurulmuş nüvə obyektlərüni işə salmamağa çağırdığını demişdir. Cənubi Koreya Şimali Koreyadan BMT-nin monitorinq qurğularını bərpa etməyi tələb etmişdir. Xarici işlər nazirliyinin mətbuat katibi Şim Yoon-co Şimali Koreyanın bu aksiyasının böyük təəssüf doğurduğunu bildirmişdir. Beynəlxalq Atom Enerjisi Agentliyi Pxenyanı dondurulmuş obyektlərdə yoxlama qurğularının işini bərpa etmək haqda xahişinə cavab verməyə çağırmışdır. Agentlik habelə Şimali Koreyadan yeni möhürlər və kamerlar qoymaq üçün icazə istəmişdir. Möhürlər və konitorinq cihazları Pxenyanın razılığı əsasında qoyulmuşdu. Bu razılığa əsasən, Pxenyan elektriklə tə’min olunmaq üçün su nüvə reaktorları və yanacaq göndərilməsi əvəzinə nüvə proqramlarını dayandırmağı və’d etmişdi. Şimali Koreya nüvə proqramlarını inkişaf etidrmək hüququna malik olduğunu demiş və Birləşmiş Ştatların ölkəni yanacaqla tə’min etmək və’dini pozduğunu bildirmişdir. Vaşinqton sazişi Şimali Koreyanın pozduğunu deyir.