Əfqanıstanın Pakistanla sərhəd ərazilərində döyüşdə bir Amerika əsgəri həlak olub - 2002-12-21

Müşahidəçilər son günlər baş verən hadisələrin Əl-Qaidənin Birləşmiş Ştatarın hərbi qüvvlərinə qarşı yeni hərbi kampaniya həyata keçirməsinə işarə kimi qiymətləndirirlər. Lakin Birləşmiş Ştatlar ordusunun generalı bunun belə olduğuna inanmır.

Birləşmiş Ştatların hərbi qüvvələrinin rəsmi nümayəndələrinin bildirdiyinə görə, döyüş Paktiya vilayəltində adi patrul zamanı baş vermişdir. Amerikalı əsgər hücum zamanı aldığı yaralardan həlak olmuşdur. Bu, bu həftə baş vermiş üçüncü hadisədir. Dünən ölkənin şimalında Əsədabad regionunda raket hücumu zamanı başqa bir Amerika əsgəri yaralanmışdır. Rəsmi nümayəndələr Baqram hava bazasında müalicə olunduqdan sonra onun vəziyyətinin indi yaxşı olduğunu deyirlər. Son hücum Birləşmiş Ştatların Hərbi qərargahlar rəisi Riçard Mayersin Əfqanıstanda yerləşmiş Amerika qüvvələrini ziyarət etdiyi vaxta təsadüf edir. Baqram hava bazasında müxbirlərlə danışan general Mayers ölkədə təhlükəsizliklə bağlı vəziyyətin daha da pisləşə biləcəyi fikrinə şərik olmadığını demişdir.

“Keçən gecə faciəli ölümün şahidi olduq. Amma bunun vəziyyətə tə’siri olmadığnı fikriləşirəm. Burada vəziyyət yaxşılaşmağa doğru gedir. Biz ölkənin bir çox yerində “sabitlik əməliyyatları” adlandırdığımız əməliyatlara başlamaq niyyətindəyik. Ölkədə, xüsusilə də şərqdə hələ də bə’zi olduqca təhlükəli ərazilər qalmadadır. Lakin mənim fikrimə görə, əfqan xalqının vəziyyəti və ümumiyyətlə, Əfqanıstanda vəziyyət yaxşılaşır və biz hər gün tərəqqi əldə edirik.”

Lakin generalın açıqlamalarına baxmayarq, Əl-Qaidənin Əfqanıstanda və Pakistan sərhəddində Amerika qüvələrini hədəf almasına işarələr artmaqdadır. Bu həftə Pakistanda Kəraçidə bir neçə nəfər həbs edilmişdir. Pakistan mətbuatının rəsmi nümayəndələrə istinadən verdiyi mə’lumata görə, həmin şəxslər şəhər mehmanxanasında qalan Amerika və koalisiya qüvvələrinə qarşı intihar hücumu həyata keçirməyi planlaşdırırdılar.