İraq mətbuatı bu gün Vaşinqtonu tərksilahla əlaqədar BMT-nin qətnaməsinin pozulduğu haqda öz iddialarını sübuta yetirməyə çağıran məqalələr nəşr etmişdir.
İraqın hakim Bəəs partiyasının orqanı olan “Əs-saura” qəzetində dərc olunmuş baş məqalədə deyilir ki, prezident Buş diqqəti indi İraqa Birləşmiş Ştatların Əl-Qaidə rəhbərini ələ keçirə bilməməsindən yayındırmaq üçün yönəltmişdir. Qəzet Vaşinqtonu dəlilləri əsaslandırmağa və BMT müfəttişlərini İraqın kütləvi qırğın silahlarına malik olması haqda mə’lumatlarla tə’min etməyə çağırmışdır. Birləşmiş Ştatların Dövlət katibi Kolin Pauel İraqın silahlarla bağlı BMT-yə təqdim etdiyi 12 min səhifədən ibarət sənədin yanlışlıqlarla dolu olduğunu demişdir. BMT-nin silahlar üzrə baş müfəttiişi Hans Bliks sənəddə yanlışlıqların mövcud olduğu ilə razılaşmışdır. Lakin o demişdir ki, Birləşmiş Ştatlar və Britaniya İraqın öz silahlarını harada gizlətdiyini açıqlamalıdırlar və bu informasiyanı BMT-yə təqdim etməlidirlər. BMT-nin müfəttişləri İraqda təftişi davam etdirirlər. Bu gün onlar Tuvaysa nüvə kompleksini bir daha ziyarət etmişlər. Bağdaddan 25 kilometr məsaləfə yerləşən bu kompleks İraqın nüvə silahları proqramı ilə əlaqədar əsas obyekt hesab olunur.