Prezident Buş məhdud şəkildə raket müdafiə sisteminin quraşdırılmasına göstəriş vermişdir - 2002-12-17

Ağ Evin bildirdiynə görə bu addım Amerika xalqının düşmən ölkələrin təhlükəsi və kütləvi qırğın silahları əldə etməyə cəhd göstərən terror qruplarından müdafiə məqsədi daşıyır. Ağ Evin nümayəndəsi Ari Flayşer prezidentin bəyanatını müxbirlər qarşısında açıqlamışdır. Ari Flayşer bu qərarı “təvazökar başlanğıc” adlandıraraq, bunun Amerikanın təhlükəszliyinə əlavə hesab edildiyini demişdir. Təfərrüatları açıqlamayan Ağ Evin nümayəndəsi 2004-cü ildə quruda 10 və bundan sonrakı iki-üç il ərzində daha 10 raket qurğusu yerləşdiriləcəyini bildirmişdir. Cənab Flayşer- “bu qərara Şimali Koreyanın nüvə proqramı yol açmışdırmı?- sulaının cavabın demişdir ki, xeyr, bu, texnologiya və araşdırmaların nəticəsi olaraq bu vaxta təsadüf edir. O əlavə etmişdir ki, daha geniş mə’nada bu, Amerikanın dəyişməkdə olan təhlükələrə cavabı mahiyyətini daşıyır. Cənab Flayşer Birləşmiş Ştatların Rusiya ilə münasibətlərini də misal gətirmişdi. O, Rusiyanın əleyhinə olduğu prezidentin anti-ballistik raket sazişindən çıxma qərarının məhz raket müdafiə siteminin quraşdılmasına xidmət etdiyini demişdir. Ağ Evin nümayəndəsi bütün bunlara baxmayaraq, Vaşinqton-Moskva münasibətlərinin heç vaxt belə yaxşı olmadığını da vurğulamışdır.