Avropa Birliyinin sammiti işinə başlayıb - 2002-12-12

Avropa Birliyinin liderləri 10 namizəd ölkənin təşkilata formal olaraq üzv qəbul edilməsi gözlənilən iki günlük sammitə başlamaq üçün Kopenhaqenə toplaşmışlar. 2004-cü ildə Avropa Birliyinə qəbul edilə biləcək iki ölkə-Polşa və Kipr ətrafında mübahisələrsə davam edir. Polşa hökumətinin nümayəndəsi Avropa Bilryinin yeni üzv olacaq ölkələrdə fermerlərə yardımın artırılması təklifini alqışlamış, lakin Polşanın təşkilatla bağlı ümidlərinin daha artıq olduğunu söyləşmişdir. Avropa Birliyinə indi prezidentlik edən Danimarkanın baş naziri Anders Foq Rasmussen namizdələri qeyri-real tələblərlə təzyiq göstərməməyə çağırmışdır. BMT-nin Kipr probleminin həllilə bağlı planı ətrafında danışıqlar sammitin də müzakirələrinin diqqət mərkəzində olacaq. Həm Yunanıstanın baş naziri Kostas Simitis, həm də Kipr türklərinin xüsusi nümayəndəsi Tahsin Ertuğruloğlu görüşün başa çatmasına qədər heç bir razılığın gözlənilmədiyini bildirmişlər. Qeyd edək ki, Kiprin türk icmasının lideri Rauf Denktaş Ankarada xəstəxana olduğu üçün Avropa Birlyinin Kopenhaqendə keçirilən sammitində iştirak etmir.