Yeni strateji plan konqresə göndərilmişdir - 2002-12-11

Bu gün Buş administarasiyası kütləvi qığrın silahlarından istifadə etmək niyyətində olan düşmənlərinə qarşı mübarizə ilə bağlı planını konresə göndərmişdir. 6 səhifəlik bu sənəd Amerika, onun xaricdəki qüvvələri və müttəfiqlərinə qarşı kimyəvi, bioloji və ya nüvə silahlarından istifadə edilsə, Vaşintona hərbi qüvvələrlə cavab hücumuna keçmə səlahiyyəti verir. Orada qeyd edilir ki, Birləşmiş Ştatlar nüvə silahları da daxil edilməklə, bütün hərbi imkanlarından istifadə edə bilər. Strateji plan prezidentin olduqca məhdud adlandırdığı 1993-cü ilin kütləvi qırğın silahlarının məhvi ilə bağlı direktivi əvəz edəcək.