Kenyadakı hücumun məsulu Əl-Qaidədir - 2002-12-08

Əl-Qaidə ötən ay İsrailin Kenyadakı mehmanxanası və sərnişin təyyarəsinə qarşı hücumların məs’uliyyətini üzərinə götürmüşdür. Əl-Cəzirə televliziyası ilə yayımlanan səs yazısında Əl-Qaidənın nümayəndəsi Süleyman Əbu Qait İsrail və Amerikaya qarşı daha artıq hücumlar həyata keçiriləcəyini bildirmişdir. İslamçıların veb səhifəsi Cehadonlayna da göndərilən həmin səs yazısında Əbu Qait demişdir ki, Əl-Qaidə üzvləri Amerikanın səlahiyyətli nümayəndələri tərəfindən axtarışdadırlar, onlar keçən oktyabr ayından Amerikanın Əfqanıstana qarşı hücumundan sonra gizlənməyə məcbur olmuşlar. Bununla yanaşı İsrail Əl-Qaidənın yahudilərə və Pradakı israillilərə qarşı hucum planlaşdırdığı haqda kəşfiyyat mə’lumatı əldə edildiyini bildirmişdir.