BMT-nin silah müfəttişləri İraqda yoxlanışlarının beşinci gününü başa vurublar - 2002-12-02

Neft qurğularına qarşı dünənki bomba hücumu ilə bağlı rəsmən şikayət edən İraqda BMT-nin silah müfəttişləri yoxlanışlarının 5-cü gününü başa vurmuşlar. Müfəttişlər bu gün iki-hazırda qadağan edilmiş SKAD növlü raketlərin bələdçi sistemini hazırlayan və spirtli içkilər zavodunda iş aparmışlar. Qeyd edək ki, müfəttişlər hələ ki, yoxlanışları ilə bağlı heç bir açıqlama verməmişlər. BMT-nin Təhlükəszlik Şurasının qətnaməsinin şərtlərinə əsasən müfəttişlərin istənilən yer və istənilən vaxtda silah istehsal edildiyindən şübhələnilən sahələrdə yoxlanış apara bilərlər. Belə sahələrin sayının isə 700-ə yaxın olduğu təxmin edilir. Bütün bunlarla yanaşı İraqın xarici işlər naziri Naci Səbri BMT-nin baş katibi Kofi Ananna şikayət məktubu yollamışdır. Məktubda Amerika və Britaniya təyyarələrinin cənub bölgədəki hava reydləri düşmənçiliyin qızışdırılması kimi qiymətləndirilmişdir. İraqın xarci işlər naziri cənab Səbri cənub Bəsrə limanına qarşı bu hücumun Təhlükəsilzik Şurasının qətnamələrinə zidd olduğu demiş, bunu dövlət terrorizmi və təcavüzkarlıq, İraqın daxili məsələlərinə müdaxilə adlandırmışdır. İraqın rəsmi nümayəndələri neft qurğuların edilən hücum zamanı 4 adamın həlak olduğunu, 27-sinin isə yaralandığını bildirirlər. Amerika hərbiçiləri isə təyyarələrin İraqın hava hücumlarından müdafiə sitemini hədəf aldığını və həmişə olduğu kimi insan tələfatına yol verilməməsi üçün ehtiyat tədbirlərinə riayət edildiyini deyirlər. Xatırladaq ki, Amerika və Britaniyanın təyyarələri 1991-ci il körfəz müharibəsindən sonra İraqın cənub və şimal bölgələrindəki uçuqlara yasaq zonada keçik çəkirlər.