Birləşmiş Millətlər Təşkilatının ekspertləri sabah İraqda yeni genişləndirilmiş mandatla silah təftişinə başlamaq üçün son hazırlıq işlərini aparırlar. 17 müffətişdən ibarət komanda bu gün dörd illik fasilədən sonra təftişdə istifadə ediləcək avadanlığı nümayiş etdirmişdir. BMT-nin Təhlükəsizlik Şurasının noyabırın 8-də qəbul etdiyi 14-41 nömrəli qətnaməsi beynəlxalq müşahidəçilərə İraqın qadağan edilmiş kütləvi qırğın silahlarına malik olub- olmamasını müəyyənləşdirmək üçün presedenti olmayan səlahiyyətlər vermişdir. Qətnamədə qeyd edilir ki, İraq əməkdaşlıq etməsə ciddi nəticələrlə üzləşəcək.