Nigeriya müsəlmanları gözəllik müsabiqəsinin keçirilməsinə etiraz edirler - 2002-11-21

Nigeriyanın şimalinda müsəlman gənclərin ikinci gündür iğtişaşlar yaratdığı Kaduna şəhərində qadağan saatı tətbiq edilib. Gənclər Nigeriyada dünya gözəllik müsabiqəsinin keçirilməsinə e’tiraz edirlər.

Müsəlman gənclər avtobillərin şüşələrini sındırmış, maşınların təkərlərini yandırmış və etnik və dini iştişaşların dəfələrl baş vediyi Kadunadakı bir neçə kilsəni odlamışlar. Şahidlər küçələrdə yanmış cəsədlər gördükələrini deyirlər. Şəhərin valisi qadağan saatı e’lan etmiş, Nigeriya ordusunun əsgərləri və polis şəhərin bir neçə yerində mövqelər tutmuşdur. İğtişaşlar dünən gənclərin “This Day”, “Bu gün” qəzetinin ofisini yandırdığı zaman başlamışdır. Qəzetdə dünya gözəllik müsabiqəsinə həsr olunmuş məqalənin çap olunması müsəlmanların qəzəbinə səbəb olmuşdur. Məqalədə deyilmişdir ki, əgər Məhəmməd peyğəmbər müsabiqədə iştirak edən gözəl qadınları görsəydi, onların biri ilə evlənə bilərdi. Qəzet məqaələnin nəşrinə görə artıq üzr istəmişdir. Nigeriyada gözəllik müsabiqəsinin keçirilməsi ölkənin şimalında şəriət qanunlarının tətbiq edildiyi 12 ştatın liderlərinin e’tirazlarına səbəb olmuşdur. Bu arada, dekabrın 8-də keçiriməsi nəzərdə tutulan gözəllik müsabiqəsinin iştirakçıları ölkəyə gəlməyə başlamışlar. Müsabiqə böyük mübahisələr doğurmuşdur. Kosta Rika, Danimarka, Panama, Cənubi Afrika və İsveçrə müsabiqəni boykot emişlər. Buna səbəb Nigeriyanın şimalında şəriət məhkəməsinin iki qadını kəbinsiz uşaq doğduqlarına görə ölümə məhkum etməsi olmuşdur.