Prezident Xatəmi və İran parlamenti - 2002-11-13

İran parlamenti prezident Məhəmməd Xatəmiyə ədliyyə sisteminə daha artıq nəzarət etməsinə imkan verən qanun layihəsini təsdiq etmişdir. Bugünkü səsverməyə baxmayaraq qanun layihəsinin mühafizəkar Nəzarət Şurası tərəfindən rədd ediləcəyi gözlənilir. Qeyd edək ki, qanunvericiliyin konstitusiya və islam qanunlarına uyğun olub-olmadığını məhz nəzarət şurası müəyyən edir. Parlamentdə əksəriyyət islahatçı alim Haşem Ağacarinin ölüm hökmünün ləğvinə də səsləmişdir. Xatırladaq ki, İran ruhanilərinin ardınca kor-koranə gedilməməsini deyən Haşem Ağacari keçən həftə Həmadan məhkəməsi tərəfindən edam cəzasına məhkum edilmişdi.