Qlobal Exshange adlanan insan hüquqları qrupu Amerikanın öten oktyabr ayından Efqanıstanda El Qayda ve Taleban döyüşçülerine qarşı herbi emeliyyatları zamanı 800-den artıq dinc vetendaşın öldürüldüyünü bildirir. Qrup Efqanıstanın şeher ve kendlerinde 6 aydan artıq aparılan re’y sorğularından sonra bu neticeye gelmişdir. Nyu York Taymz qezeti Qlobal Exchange istinad ederek yazır ki, mülki vetendaşlar arasında ölüm faktorunun en mühüm sebebi Amerikanın hedef aldığı eraziler haqda natamam ve yanlış melumatlara malik olması idi. Amerikanın resmi nümayendeleri hele ki, hesabata münasibetlerini bildirmemişler. Lakin Amerikanın ordu generalı Tommi Frank cari ilin evvelinde ABŞ-ın başçılıq etdiyi terrorizme qarşı müharibeni en deqiq herbi kampaniya adlandırmışdı.