Məcburi köçkünlərin qaytarılması üçün 80 milyardadək vəsait lazım olacaq  

Məcburi köçkünlərin qaytarılması üçün 80 milyardadək vəsait lazım olacaq  

<!-- IMAGE -->

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru Sənan Hüseynov bildirib ki, son illər ərzində dövlət proqramı nəticəsində çadır şəhərcikləri tam ləğv olunub. İndiyədək ümumilikdə 18 190 ailə yeni tikilmiş evlərə köçürülüb.
Onun sözlərinə görə, hazırda fin tipli qəsəbələrinin ləğvi başlanıb. “Eyni zamanda, yataqxanalarda, məktəblərdə, kərpic, torpaq evlərdə və hərbi hissələrdə yaşayan məcburi köçkünlərin yeni tikiləcək qəsəbələrə köçürülməsi başlayacaq”.
Cənab Hüseynov məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün “Böyük qayıdış” proqramının hazırlandığını da

<!-- IMAGE -->

deyib. “Proqram bütün beynəlxalq təşkilatlara və səfirliklərə göndərilib. Hazırda son tamamlama işlər aparılır. Layihəyə görə, məcburi köçkünlərin işğaladək yaşadığı bütün yaşayış məntəqələri yenidən tikiləcək, kommunikasiyalar bərpa ediləcək. Ərazilər minalardan təmizlənəcək”.
Ekspertlərin təxminlərinə görə, bu işlər üçün 80 milyard dollaradək vəsait tələb edilir. Bunun üçün donor konfransı təşkil ediləcək.
Departament direktoru bildirib ki, hazırda Azərbaycanda Ermənistandan qovulmuş 250 min qaçqın, 50 min nəfər Fərqanə hadisələri zamanı Özbəkistandan qovulmuş Ahsıxa tükləri, 128 min nəfər Ermənistanla sərhəd bölgəsindən olan və 686. 586 nəfər Dağlıq Qarabağ və ətraf rayonlardan olan məcburi köçkünlər var.