Netanyahu ABŞ tənqidlərini rədd edir

Netanyahu ABŞ tənqidlərini rədd edir

<!-- IMAGE -->

İsrail baş naziri Ağ Evdə prezident Obama ilə görüşü ərəfəsində ABŞ-ın İsrailin Şərqi Qüdsdə inşaat planlarını tənqid etməsini rədd edib. Benyamin Netanyahu dünən İsrailpərəst lobbiçi qrup qarşısında söylədiyi nitqdə bildirib ki, Qüds İsrailin paytaxtıdır, yaşayış məntəqəsi deyil. Amerikalı israil İctimai Əlaqələr Komitəsi qarşısındakı çıxışında cənab Netanyahu söyləyib ki, yəhudilər üç min il bundan öncə Qüdsdə evlər tikiblər və onlar indi də bunu edirlər. Forum qarşısında çıxış edən ABŞ dövlət katibi Hillari Klinton isə Şərqi Qüdsdə yeni inşaat planlarının ABŞ-ın İsrail-Fələstin danışıqlarındakı sülh səylərinə zərbə endirdiyi haqda xəbərdarlıq edib.