Türkiyənin Nabucco layihəsini təsdiq etməsi yeni baxışlar yaradıb

Türkiyənin Nabucco layihəsini təsdiq etməsi yeni baxışlar yaradıb

<!-- IMAGE -->

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Türkiyə parlamentinin Nabucco layihəsini təsdiq etməsini mühüm addım kimi dəyərləndirir. Onun fikrincə, bu layihənin reallaşması yolunda mühüm bir addımdır.
Ekspert Nabucco layihəsi ilə bağlı Avropa Birliyinin ciddi işlər həyata keçirməsini vacib sayır. “Mənbə ölkələri, alıcı ölkələr tam müəyyən edilməlidir. Layihəni siyasi təsirlərdən qorumaq üçün də addımlar atılmalıdır”.
O Türkmənistanın Nabucco-ya qoşulacağını real saymır. “Türkmənistanın enerji siyasəti prioritetində Rusiya önəmli yer tutur. Eyni zamanda, Türkmənistan Xəzərdə mübahisəli hesab etdiyi yataqlarda dialoqa hazır deyil”, - deyə ekspert qeyd edi