Birləşmiş Ştatların pilotsuz təyyarəsi Şimali Vəziristan bölgəsinə daha bir hücum edib

Birləşmiş Ştatların pilotsuz təyyarəsi Şimali Vəziristan bölgəsinə daha bir hücum edib

<!-- IMAGE -->

Pakistan rəsmiləri Birləşmiş Ştatların pilotsuz təyyarəsinin bu gün Şimali Vəziristan bölgəsinə etdiyi hücum nəticəsində azı 9 nəfər ölmüşdür. Rəsmilər hərbi təyyarənin Şimali Vəziristanın Miranşah şəhərindən 30 km qərbdə, yaraqlıların Datta Xil məntəqəsindəki iqamətgahını hədəf aldğını deyirlər. Birləşmiş Ştatlar heç bir məlumat vermədən, vaxtaşırı Əl-Qaidə və Taliban yaralıqlarının nəzarəti altındakı bölgələrə qarşı hücumlar həyata keçirirlər.

Keçən həftə Pakistanın kəşfiyyat rəsmiləri ABŞ-a məxsus olduğundan şübhələnilən iki pilotsuz təyyarənin Şimali Vəziristanın Mizarxel kəndinə etdiyi hücumu zamanı 12 nəfərin həlak olduğunu bildirmişdilər.