<!-- IMAGE -->
Bütün Rusiya boyu yerli seçkilərin nəticələri baş nazir Vlaimdir Putinin rəhbərlik etdiyi hakim partiyanın regional hökumətlərdə nəzarəti əldə saxladığını göstərir, hərçənd ki, bəzi yerlərdə inflayasiya və yüksək işsizlik həddi partiyaya dəstəyi kəskin şəkildə azaldıb. Bazar günü seçkilərində Vahid Rusiya partiyası bütün səkkis regional parlamentlərdə çoxluğu əldə saxlayıb. Lakin Çinlə sərhəddəki Xabarovsk və Uraldakı Sverdlovsk daxil olmaqla, dörd bölgədə partiya əksər çoxluğu itirib. Vahid Rusiyanın Sibirin İrkutsk şəhər merliyinə namizədi isə Kommunist Partiyasından olan rəqibinə böyük səs fərqi ilə məğlub olub. Hakim partiyadan olan deputat inandığını bildirib ki, səsvermə insanların iqtisadiyyatın durumundan narazılığını əks etdirir. Seçkilərdə səs verənlərin sayı əhalinin 43 faizini təşkil edir.