<!-- IMAGE -->
İsrail hərbi qüvvələri fələstinlilərin Həmas fraksiyasının uzun müddətdir axtarışda olan yüksək səviyyəli komandiri Mahir Udanın həbs edildiyini bildirib.
İsrail əsgərləri və Şin Bet təhlükəsizlik xidməti onu dünən gecə İordan çayının qərb sahilində Ramallah şəhəri yaxınlığında ələ keçirib.
Uda 1990-cı ildən İsrailin axtarışda olanlar siyahısında idi. O, İordan çayının Qərb sahilində Həmasın hərbi cinahının yaradan üzvlərdən biridir.
İsrail onu azı 70 israillinin qətlində günahlandırır.
Həmas Fələstinlilərin təhlükəsizlik qüvvələrini Udanı həbs etməkdə İsrailə kömək etməkdə ittiham edib.