<!-- IMAGE -->
Əfqanıstan prezidenti Həmid Karzay Pakistanın Əfqan hökumətinəTaliban yaraqlıları ilə barışıq əldə edilməsinə
yardım edəcəyi barədə təklifini razılıqla qarşılayıb. Bu gün İslamabadda
Pakistanın baş naziri Yusuf Raza Gilani ilə birlikdə keçirdikləri mətbuat
konfransında çıxışı zamanı cənab Karzay deyib ki, Əfqanıstanda nəzərdə tutulan
barışıq prosesində Pakistanın böyük rolu ola bilər.
Cənab Karzay Talibanla barışıq əldə edilməsi ilə bağlı yığıncağın
aprel ayında təşkil edilməsini planlaşdırır.