Blogerlərin apellyasiya şikayəti təmin edilməyib

Blogerlərin apellyasiya şikayəti təmin edilməyib

<!-- IMAGE -->

Bakı Apellyasiya Məhkəməsi hakim Qail Məmmədovun sədrliyi ilə Səbael rayon məhkəməsinin blogerlər Emin Milli və Adnan Hacızadə barəsində hökmünü qüvvədə saxlayıb.

Blogerlər Emin Milli və Adnan Hacızadə 11 noyabr 2009-cu ildə Səbael rayon məhkəməsinin hökmü ilə xuliqanlıq və bədənə az xəsarət yetirməkdə günahlandırılaraq 2,5 və 2 il müddətinə azadlıqdan məhrum edib.

Yerli və beynəlxalq ictimaiyyət ittihama inanmadığı barədə bəyanatlarla çıxış edib. Hüquq müdafiəçiləri blogerlərin İnternetdə hökuməti tənqid edən satirik video material yerləşdirdiyinə görə həbs edildiyini güman edir.