Ukrayna parlamenti konstitutsiyaya düzəliş etdi

Ukrayna parlamenti konstitutsiyaya düzəliş etdi

<!-- IMAGE -->

Ukrayna parlamenti fərdi qanunvericilərə partiyalarını dəyişməyə icazə verəcək konstitutsiya düzəlişini təsdiq edib ki, yenicə seçilmiş prezident Viktor Yanukoviçin koalisiyasına əlavə adamlar cəlb etmək mümkün olsun.

Hazırkı konstitutsiya fərdi qanunvericilərin deyil, bütöv parlamentar fraksiyaların koalisiya yaratmasına icazə verir. Bu düzəliş cənab Yanukoviçin hakimiyyəti əlində cəmləşdirməsinə şərait yaradacaq və onun rəhbərlik etdyi Regionlar Partiyasının sələfi Viktor Yuşçenkonun tərəfdarlarını koalisiyaya cəlb etməsinə imkan verəcək. S

abiq prezidentin 72 tərəfdarının əksəriyyəti hakim koalisiyaya qoşulmaq istəmir. Lakin təhlilçilər deyir ki, bu addıma hazır olan ondan çox deputat Regionlar Partiyasına hökuməti formalaşdırmaq üçün əksər çoxluq verəcək.