İran hökuməti tanınmış qadın şairin səfərinə qadağa qoyub

İran hökuməti tanınmış qadın şairin səfərinə qadağa qoyub

İranın ən tanınmış qadın şairlərindən biri Simin Behbahani bildirib ki, hökumət onun Beynəlxalq Qadınlar günü münasibətilə Fransaya səfərinə qadağa qoyub.

82 yaşlı şairənin bildirdiyinə görə, bu gün səhər Tehranın hava limanında Parisə uçmağa hazırlaşan zaman onun pasportu müsadirə edilmişdir.

Simin Behbahani deyib ki, pasportu əlindən alındıqdan sonra hava limanının rəsmiləri onu bir neçə saat sorğu ediblər və onun məhkəməyə gəlməli olduğunu deyiblər. Şairə bildirib ki, o, feminizm haqqında məqaləni təqdim etmək və Beynəlxalq Qadınlar günü münasibətilə tədbirdə şer oxumaq üçün Parisə səfər edirdi.

İnsan hüquqları fəalları İranda qadınların sistemli şəklidə ayrı-seçkiliyə məruz qaldıqlarını və onlara hələ də boşanma, uşaqlar üzərində qəyyumluq və digər hüquqi məsələlərə gəldikdə ikinci dərəcəli vətəndaşlar kimi baxıldığını bildirirlər.