Ukraynanın yeni seçilmiş prezidenti Viktor Yanukoviç Rusiya liderləri ilə görüşmək üçün Moskvaya gedib. Cənab Yanukoviç Rusiya prezidenti Dmitri Medvedev və baş nazir Vladimir Putinlə görüşməyi planlaşdırır. Danışıqların diqqət mərkəzində əsasən təbii qaz məsələsi duracaq. Cənab Yanukovoçin Rusiyadan Ukraynaya göndərdiyi qazın qiymətini aşağı salmağı istəyəcəyi gözlənilir. Bundan əvvəl Rusiya rəsmiləri qaz qiymətlərində heç bir dəyişiklik edilməyəcəyini demişdilər.
Cənab Yanukoviçin vəzifəsinin icrasına keçən həftədən başalmasına baxmayaraq, Moskva səfəri onun ilk rəsmi səfəri deyil. O, artıq Brüsseləgedərək, Ukraynanın Avropa Birliyinə inteqrasiya kursunda qalacağını bəyan edib.