Çilidə yenidənqurma səyləri davam edir

<!-- IMAGE -->

Çili prezidenti Mişel Baçelet deyir ki, Çilinin yenidənqurma səyləri 3-4 il davam edə bilər. Keçən həftənin şənbə günü baş vermiş zəlzələ 800-dən çox insanın həyatına son qoyub. Yeraltı təkandan 5 gün sonra xilasetmə dəstələri dağıntılar altında qalan insanların axtarışını hələ də davam edir. Çili ordusu ciddi ziyan dəymiş əraziləri ərzaq və su ilə təmin edir və qoşunlar zəlzələdən sonra yaranmış xaos səbəbilə baş almış qarətin qarşısını almağa çalışıblar. Dünən zəlzələnin ardınca 3 güclü titrəyişdən sonra hündür ərazilərdə olan əhali təşvişə düşüb. 3 təkan 6 bal gücündə qiymətləndirilib və Konsepsion şəhərini təhlükə qarşısında qoyan sunamiyə yol açıb.