Parlament seçkiləri ərəfəsində İraqda hücumlar vüsət alıb

Parlament seçkiləri ərəfəsində İraqda hücumlar vüsət alıb

<!-- IMAGE -->

Bu gün İraqda parlament seçkiləri ərəfəsində həyata keçirilən silsilə hücumlar yarısı əsgər olmaqla, azı 14 nəfərin ölümünə səbəb olub. İki ayrı-ayrılıqda səsvermə məntəqələri yaxınlığında baş verən intiharçı hücumları nəticəsində 7 əsgər ölüb, 25 nəfər yaralanıb. Bundan başqa, yenə də səsvermə məntəqəsi yaxınlığında yol kənarına yerləşdirilmiş bombanın partladılması ya da raket hücumu olduğu guman edilən hücum zamanı 7 nəfərin öldüyü bildirilir.

Bazar günü keçiriləcək seçkilərdə iştirak edə bilməyənlər - əsgərlər, dustaqlar və xəstələrın səs vermələri üçün artıq bu gün seçki məntəqələri açılıb.