Yukosun şikayəti Avropa məhkəməsində dinlənilir

Yukosun şikayəti Avropa məhkəməsində dinlənilir

<!-- IMAGE -->

Avropa İnsan Hüquqları Məhkəməsi müflisləşmiş Yukos Neft Şirkətinin Rusiya hökumətinə qarşı şikayətini dinləməyə başlayacaq. Sabiq enerji şirkətinin nümayəndələri Moskvadan 98 milyard dəyərində təzminat tələb edir.Onlar bildirir ki, Rusiya 2000-ci ildən başlayaraq qeyri-qanuni şəkildə şirkəti dağıtmağa başladı.Onların iddiasına görə Moskva seçimli şəkildə siyasi səbəblər üzündən şirkətə qarşı vergi qanunlarından sui-istifadə edib.Sabiq Yukos prezidenti Mixail Xodorkovski və onun biznes tərəfdaşı Platon Lebedev 8 illik həbs cəzası çəkirlər.Dinləmə bu gün Fransanın Strasburq şəhərində keçiriləcək. Hakimlərin növbəti 7 ay ərzində qərar verəcəyi gözlənilir.