Ukrayna parlamenti baş naziri istefaya göndərdi

Ukrayna parlamenti baş naziri istefaya göndərdi

<!-- IMAGE -->

Ukrayna parlamenti baş nazir Yuliya Timoşenkonun hökumətini istefaya göndərib. Yenicə seçilmiş prezidenti Viktor Yanukoviçin partiyasının müzakirəyə çıxardığı ölçüyə 450 üzvlük parlamentin 243 nümayəndəsi səs verib. Cənab Yanukoviç xanım Timoşenkonu ötən ay prezident seçkilərinin ikinci turunda məğlub etdi. Ukrayna konstitutsiyasına əsasən Timoşenko hökuməti avtomatik olaraq istefa verməlidir. Xanım Timoşenko əvvəllər işarə etmişdi ki, əgər onun istefaya çıxmasına parlament səs verərsə, o, dərhal vəzifəsini tərk edəcək.