Avstraliya rəsmilərinin pasportlar məsələsi ilə bağlı təhqiqatlar aparmaq məqsədi ilə İsrailə gedəcəkləri deyilir

Avstraliya rəsmilərinin pasportlar məsələsi ilə bağlı təhqiqatlar aparmaq məqsədi ilə İsrailə gedəcəkləri deyilir

<!-- IMAGE -->

Fələstinin militant qrupu Həmasın yüksək səviyyəli nümayəndəsinin Dubayda qətlə yetirililməsində şübhəli bilinənlərin Avstraliya pasportlarından istifadə etməsi ilə bağlı təhqiqatlar aparmaq məqsədi ilə Avstraliya polisi və pasport üzrə rəsmilərin İsrailə gedəcəkləri gözlənilir. Lakin Avstraliyanın Xarici Məsələlər Departamentinin sözçüsünün bu gün açıqladığı bəyanatında rəsmilərin İsrailə nə vaxt yola düşəcəkləri və dıgər detallar barədə məlumat verilməyib.

Rəsmilərin yanvar ayında Həmas komandiri Mahmud Əl-Mabhuhun qətlə yetirildiyi vaxt Avstraliya pasrortlarından istifadə edən avstraliyalı-israilli üç nəfərlə görüşməyi planlaşdırdıqları deyilir. Dubay rəsmiləri bu qətl hadisəsində İsrailin Massad casus agentliyinin əli olduğunu deyirlər.