Prezident Obama tibbi müayinədən keçib

Prezident Obama tibbi müayinədən keçib

<!-- IMAGE -->

ABŞ prezidenti Barak Obama partiyadaşları səhiyyə islahatlarının qəbul edilməsinə çalışdığı vaxt bu gün öz səhhətilə məşğul olub. Cənab Obama prezidenti kimi ilk dəfə olaraq Hərbi Dəniz qüvvələrinin tibbi mərkəzində illik tibbi müayinədən keçirib.

Prezidentin həkimi, ordu kapitanı Cefri Kulman deyib ki, cənab Obamanın səhhəti əla vəziyyətdədir və o, vəzifəsinin icrası üçün tam yarayır. Kulmanın bildirdiyinə görə, tibbi testlər cənab Obamanın öz vəzifəsinin icrasına mane ola biləcək heç bir şey aşkar etməyib.

48 yaşlı cənab Obama siqaret çəkməməyə çalışır və həkimlər ona siqareti atmaq səylərini davam etdirməyi tövsiyə ediblər. Həkimlər cənab Obamanın 2011-ci ilin avqust ayında 50 yaşı bitən zaman növbəti tibbi müayinə üçün vaxt qoyublar.