Dubay polisi bildirir ki, tibbi ekspertiza Dubayda mehmanxanada qətlə yetirilmiş Həmas komandirinin yuxu dərmanı verildikdən sonra boğulduğu haqda nəticə çıxarıb.
Polisin verdiyi məlumata görə, qatilləri ona əvvəlcə cərrahiyyə əməliyyatları zamanı anestiziya məqsədilə istifadə edilən yuxu dərmanı verdikdən sonra yastıqla onu boğmuşlar.
Dubay polisi Həmasın nüfuzlu hərbi komandiri Mahmud əl-Məbhuhun yanvar ayında qətlinin arxasında İsrailin kəşfiyyat agentliyinin dayandığına inanır.
Polis işlə əlaqədar İordaniyada iki fələstinliyini həbs edib və onları Dubaya təhvil verib.
Qətl hadisəsi 26 şübhəlinin Britaniya, Fransa, İrlandiya, Almaniya və Avstraliyanın saxta pasportlar daşığı məlum olduqdan sonra beynəlxalq səviyyədə diqqəti cəlb etmişdir.