İran müxalifətinin lideri ölkənin diktaturaya yuvarlandığını deyir

İran müxalifətinin lideri ölkənin diktaturaya yuvarlandığını deyir

<!-- IMAGE -->

İran müxalifətinin aparıcı lideri Mir Hüseyn Musəvi deyir ki, ölkədə ruhani hakimiyyətindən kult tərəfindən idarə olunan diktaturaya keçid baş verib. Sabiq baş nazirin bəyanatı şənbə günü onun veb saytında açıqlanıb. Həmin yazıda cənab Musəvi həmçinin hökumətin 11 fevralda, İslam İnqilabının ildönümündə, müxalifət fəallarına qarşı basqılarını pisləyib. O, əlavə edib ki, bayram nümayişləri dövlət tərəfindən təşkil olunub. İki gün öncə ali dini rəhbər Ayətulla Əli Xameneyi bildirmişdi ki, prezident Mahmud Əhmədinejadın prezidentliyini qəbul etmədiyi üçün müxaliət siyasi sistemin tərkib hissəsi olmaq hüququnu itirib.