Şimali Koreya rəsmiləri bildirib ki, sərhədi qanunsuz keçən dörd Cənubi Koreyalı həbs edilib. Bu gün Koreya Mərkəzi Xəbər Agenliyi vasitəsilə hazırda 4 nəfərin təhqiqata cəlb olunduğu haqda məlumat verib. Məlumatda həmin şəxslərin kimliyi və kommunist ölkəyə necə və nə zaman daxil olduqları barədə bir söz deyilməyib. Cənubi Koreyanın Unifikasiya Nazirliyi məlumatdan xəbərdar olduğunu və Şimali Koreyada saxlanılan 1054 cənublunun təhlükəsizliklərinin təmin olunub-olunmadığını öyrənməyə çalışdığını bildirir.
Şimali Koreya keçən ilin dekabr ayında sərhədi qanunsuz keçən ABŞ missioneri və insan hüquqları fəalını bu yaxınlarda azad etmişdi. Birləşmiş Ştatların iki jurnalisti keçən il Şimali Koreyanın Çinlə sərhədi yaxınlığında nəzarət altına alınmışdı. Onlar Amerikanın sabiq prezidenti Bil Klintonun Pxenyana səfər edərək orada şəxsən jurnalistlərin azadlıqları ilə bağlı danışıqlar aparmasından sonra onlar sərbəst buraxılmışdı.
<!-- IMAGE -->