<!-- IMAGE -->Hindistanın xarici işlər naziri Nirupama deyir ki,
Pakistanlı həmkarı Salman Bəşir ilə danışıqlar ölkələr arasında inamın bərpa
olunmasına yönəlib. Nazirlər bu gün Dehlidə 2008-ci il Mumbay hücumlarından
sonra ölkələr arasında ilk rəsmi danışıqlar keçiriblər. Hindistan mətbuatının
məlumatına görə, cənab Rao pakistanlı həmkarına deyib ki, Pakistan hücumla və
bu partlayışlarda Pakistan yerləşən yaraqlı qrupun əli olması ilə bağlı lazımi
təhqiqat aparmayıb. Hindistan Pakistanla danışıqlar apararaq ölkədəki
terrorizmə qarşı mübarizəni müzakirə etməyi prioritetinə çevirib. Pakistan daha
iri-miqyaslı müzakirələrin keçirilməsini istəyir. O, bu danışıqlara Kəşmir
məsələsinin da daxil edilməsinə çalışır.