“Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu “Amerikanın səsi” radiosuna müsahibəsində Azərbaycanla Avropa institutlarının münasibətlərindən danışıb. O Azərbaycanın Avropa Şurası, Avropa Birliyi və NATO ilə əməkdaşlıq etdiyini bildirib.
Ekspertin fikrincə, Azərbaycanın Avropa institutları ilə münasibətlərini yüksək səviyyəli adlandırmaq olmaz. “Azərbaycan Avropa Şurası və NATO qarşısında götürdüyü öhdəlikləri axıradək yerinə yetirməyib. Avropa Birliyinin isə “Qonşuluq” və “Şərq Tərəfdaşlığı” proqramında iştirak edir. Şərq Tərəfdaşlığı proqramı xüsusilə əhəmiyyətlidir. Belə ki, bu proqram həm də Avropa ölkələrinə viza rejiminin ləğvini və ya yüngülləşdirilməsini nəzərdə tutur”.
E.Şahinoğlu Azərbaycanda demokratiya, söz və mətbuat azadlığı sahəsində son illər geriləmələr olduğunu deyib.
<!-- IMAGE -->