<!-- IMAGE -->
Pakistan rəsmiləri xəbər verirlər ki, Birləşmiş Ştatlara məxsus olduğundan şübhələnilən pilotsuz təyyarədən atılan raket azı 6 nəfərin ölümünə səbəb olub. Hücumun Əfqanıstanla sərhəddə qəbilələrin yaşadığı Şimali Vəziristanda, Talibanın Haqqani şəbəkəsinin nəzarəti altında olan ərazidə edildiyi bildirilir. Rəsmilər keçən həftə də buna bənzər bir hava hücum zamanı yaraqlıların lideri Cəlalüddin Haqqaninin oğlu Məhəmməd Haqqaninin öldürüldüyünü bildirmişdilər.
Bunlarla yanaşı bildirilir ki, Şimali Vəziristandakı yaraqlılar Birləşmiş Ştatların xeyrinə casusluq etdiklərini deyərək, üç nəfərin başını kəsmişlər. Rəsmilər başları kəsilən şəxslərin cəsədlərinin bu gün aşkar edildiyini bildirmişlər.