<!-- IMAGE -->Çin hökuməti internet üzərində nəzarəti gücləndirərək indən belə vebsayt açmaq istəyən adamların hökumət nəzarətçiləri ilə görüşməsini şərt qoyub. Texnologiya Nazirliyinin dərc etdiyi yeni qaydalar habelə vebsayt sahiblərindən öz şəxsiyyət vəsiqələrini və şəxsi fotolarını təqdim etməyi tələb edir. Nazirlik bildirir ki, bu ölçülər onlayn pornoqrafiyaya qarşı mübarizədə yardımçı olacaq. Lakin insan haqları müdafiəçiləri son ölçüləri hökumət senzurası kimi dəyərləndirir. Çin internetdə seksual materialları, o cümlədən hakim Kommunist Partiyasına təhlükə hesab etdiyi materialları senzura edir. ABŞ internet şirkəti Google ötən ay onun email hesablarına Çindən qaynaqlanan haker hücumlarına cavab olaraq Pekinin qoyduğu senzura qaydalarına əməl etməyəcəyini bildirib.