Bağdadda bir ailənin 8 üzvü qətlə yetirilib

Bağdadda bir ailənin 8 üzvü qətlə yetirilib

İraq rəsmiləri bildiriblər ki, bu gün Bağdadın Əl-Vahda məhəlləsində qatillər bir ailəyə hücum edərək, səkkiz nəfəri qətlə yetirib. Təhlükəsizlik rəsmiləri qətlə yetirilənlərdən bəzilərinin güllə ilə vurulub öldürüldükləri, bəzilərinin isə başlarının kəsildiyini deyirlər. Polis hücumun motivləri barədə açıqlama verməyib.

Bu gün eləcə də, Bağdaddakı Yaşıl Zonada qumbara hücumlarının azı 5 nəfərin yaralanmasına səbəb olduğu xəbər verilir. Polis hücumların İraq hökumət binalarının və xarici ölkə səfirliklərinin yerləşdikləri əraziləri hədəf aldığını bildirib.