<!-- IMAGE -->Zəlzələnin baş
verdiyi Haitidə
uşaq oğurluğunda ittiham olunan 8 Amerika missioneri Karib hövzəsi ölkəsində
saxlandıqdan 3 həftə sonra ABŞ-a qayıdıblar. Qrupu gətirən Birləşmiş Ştatların hərbi karqo
təyyarəsi Florida ştatının Mayami şəhərinə bu gün enib. Onlar enəndən dərhal
sonra mehmanxanaya gediblər. Missionerlər 33 haitili uşağı ölkədən çıxarmağa
çalışandan sonra yanvarın 29-da nəzarət altına alınmışdılar. Dünən Haiti məhkəməsi onların səkkizini
sərbəst buraxıb. Ancaq məhkəmə bildirib
ki, Baptist qrupun digər iki lideri Lora Silsbi və Karisa Kolter Haitiyə əvvəlki
səfərləri ilə bağlı sorğu-sual olunmaq üçün həbsdə saxlanmalıdır.