Azərbaycanda cəzaçəkmə müəssisələrində çoxsaylı problemlər var

Azərbaycanda cəzaçəkmə müəssisələrində çoxsaylı problemlər var

<!-- IMAGE -->

İşgəncələr Əleyhinə Komitənin rəhbəri Elçin Behbudov son dövrlər cəzaçəkmə müəssisələrində islahatlar həyata keçirilməsinə baxmayaraq çoxsaylı problemlərin qaldığını bildirib. O “Amerikanın səsi” radiosuna müsahibəsində deyib ki, qanunsuzluğa yol verdiyi üçün bu günlərdə iki cəzaçəkmə müəssisəsinin rəisi ədliyyə orqanlarından kənarlaşdırılıb. “Qobustan xüsusi rejimli həbsxananın isə nəzarətçisi həbsxanaya narkotik maddə keçirərkən tutulub”.
O həmçinin cəzaçəkmə müəssisələrində işgəncə hallarının qaldığını da bildirib. “Amma işgəncə halları kütləvi deyil və belə hərəkətlərə baş vuranlar cəzalandırılır”.