<!-- IMAGE -->ABŞ
və Pakistan rəsmilərinin bildirdiyinə görə, hər iki ölkənin kəşfiyyat
agentlərinin qatıldığı məxfi birgə əməliyyat nəticəsində Əfqanıstan Talibanının
yüksək rütbəli komandiri bir neçə gün əvvəl Kəraçidə ələ keçirilib. Rəsmilər
Molla Əbdül Qani Baradarın Talibanın təsisçisi Molla Məhəmməd Ömərdən sonra
ikinci ən güclü adam olduğunu bildirib. Məlumata görə, o, 2001-ci il Əfqanıstanda
müharibə başlayandan bəri ələ keçirilən ən mühüm Taliban fiqurudur. Əfqanıstan
Talibanı Baradarın ələ keçirilməsini rədd edərək xəbəri şayiə adlandırıb.
Pakistan və Amerikda kəşfiyyat agentləri deyir ki, hazırda onlar Talibanın
gündəlik hərbi əməliyyatlarına başçılıq edən və qrupun hakim siyasi şurasının
rəhbəri olan Baradarı sorğu-sual edirlər.