İran Hillari Klintonun İranda hərbi diktatura barədə dediklərini rədd edib

İran Hillari Klintonun İranda hərbi diktatura barədə dediklərini rədd edib

<!-- IMAGE -->

İranın xarici işlər naziri ABŞ dövlət katibi Hillari Klintonun İranın hərbi diktaturaya çevrilməsi barədə dediklərini təkzib edib. Xarici işlər naziri Mənuçehr Motəkki deyib ki, xanım Klinton qeyri-real və qeyri-düzgün məsələlərlə ictimai rəyi azdırmağa çalışır.

Bazar ertəsi Hillari Klinton Qatarda tələbələr qarşısında çıxışında inandığını bildirmişdi ki, İranda hökuməti elitar İnqilab Qvardiyası əvəzləyir. Motəkki eyni ittihamı ABŞ-a qarşı sürərək, Amerikanın İraq və Əfqanıstanda hərbi diktator kimi hərəkət etdiyini bildirib.